Erbillə xanımının boşanma səbəbi bəlli oldu

Erbillə xanımının boşanma səbəbi bəlli oldu

Şou 14.12.2025 11:33 28

Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbillə özündən 40 yaş kiçik xanımı Gülserən Ceylanın boşanma səbəbi məlum olub.

Az24.az Türkiyə mətbuatına istinala xəbər verir ki, böyük yaş fərqi səbəbindən yaranan fikir ayrılıqları və davamlı mübahisələr cütlüyün evliliyi bitirmək qərarında əsas rol oynayıb.

Gülseren Ceylan “Erbil” soyadını daşıdığı Instagram hesabını bağlayıb, Mehmet Ali Erbil isə nikah fotolarını sosial şəbəkələrdən silib. Bu addımlar boşanma şayiələrini daha da gücləndirib. Ceylanın təxminən bir həftə əvvəl evi tərk etdiyi də məlum olub.

“2. Sayfa” proqramının iddialarına görə, Mehmet Ali Erbil vəkili vasitəsilə boşanma prosesini başlatmaq üçün etibarnamə verib. Bildirilir ki, iş materialları bazar ertəsi rəsmi olaraq məhkəməyə təqdim ediləcək. Cütlüyün evliliyi hələ bir ili tamamlamadığı üçün Türkiyə Mülki Məcəlləsinə əsasən razılaşma yolu ilə boşanma mümkün deyil.

Qeyd edək ki, Mehmet Ali Erbil avqustun 28-də özündən 40 yaş kiçik olan Gülseren Ceylanla evlənmişdi. Bu nikah şou-biznes gündəmində böyük səs-küyə səbəb olmuşdu.

Dəniz

Reklam