Ərbil özündən 40 yaş kiçik arvadı ilə boşanır

Ərbil özündən 40 yaş kiçik arvadı ilə boşanır

Dünya 12.12.2025 19:54 31

Türkiyənin məşhur şoumeni Mehmet Ali Ərbil ilə ondan 40 yaş kiçik olan xanımı Gülserən Ceylanın boşanmağa hazırlanır.

AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir-neçə ay bundan öncə evlənən cütlük boşanma qərarı alıb.

Gülserən Ceylan sosial media hesabını bağlayıb, Mehmet Ali Ərbil isə toy fotolarını səhifəsindən silib. Bu addımlar boşanma xəbərlərini daha da gücləndirib. Hər iki tərəf hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Məlum olduğu kimi, Ərbil ilə Gülsərən Ceylanın evliliyi böyük yaş fərqi səbəbilə Türkiyə ictimaiyyətində uzun müddət müzakirə mövzusu olmuşdu.

Reklam