Ərbil ilə boşanmayacağını açıqladı
Türkiyənin tanınmış şoumeni Mehmet Ali Ərbil ilə həyat yoldaşı Gülseren Ceylan boşanmaq qərarından daşınıb.
AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqust ayında ailə quran cütlük son günlər fikir ayrılıqları və tez-tez yaşanan mübahisələr səbəbindən ayrılıq iddiaları ilə gündəmə gəlmişdi.
Məlumatlara görə, tərəflər arasında 40 yaş fərqi və münasibətlərdə yaşanan anlaşılmazlıqlar boşanma ehtimalını artırmışdı. Həmçinin cütlük arasında bağlanan nigah müqaviləsinə əsasən, ayrılıq halında qarşılıqlı maddi iddiaların irəli sürülməyəcəyi bildirilirdi.
Lakin son olaraq “TikTok” platformasında açdıqları canlı yayımda Ərbil və Ceylan ayrılıq qərarından vaz keçdiklərini açıqlayıblar. Canlı yayım zamanı Gülseren Ceylan barışdıqlarını və münasibətlərini davam etdirdiklərini bildirib.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər cütlüyün münasibətlərini diqqət çəkmək və gündəmdə qalmaq məqsədilə nümayiş etdirdiklərini iddia edərək tənqidi fikirlər səsləndiriblər.
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir