Enerji Effektivliyi İnformasiya Sistemi yaradılır – Prezident təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Az24.az xəbər verir ki, dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur.
Qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.
Reklam
Oxşar xəbərlər
Hacıbala Abutalıbov bu kəndə köçüb
Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz
MİQ imtahanları ödənişli olacaq
Bu məlumatları sosial şəbəkələrdə paylaşmaq qadağan olundu
Hava KƏSKİN DƏYİŞİR: 6 gün qar yağacaq, 20 dərəcə şaxta olacaq
Magistratura imtahanlarında dəyişiklik edildi – RƏSMİ
Naxçıvanda bu ərazilər işıq olmayacaq