Ən çox şikayət bu internet provayderindən olub
Azərbaycanda ötən ilin dördüncü rübü üzrə ən çox şikayət olunan internet provayderlər açıqlanıb.
Az24.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.
22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) “Flexnet” MMC (14,99), “Sline” MMC (14,12), “Eurosel” MMC (8,61), “Maxinet” MMC (4,32), “Metronet” MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Metronet” MMC (16 gün), “Flexnet” MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), “Megalink” MMC (13 gün), “Azfibernet” MMC (13 gün) qərarlaşıb.
Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”