Əməkdar artistin biznesi ÇÖKDÜ: Məşhur şadlıq evini işlədirdi – FOTO
Əməkdar artist Yusif Mustafayev “Bir gün” verilişində qonaq olarkən həyatının az bilinən məqamları ilə bağlı maraqlı və səmimi etiraflar edib.
AZ24.az xəbər verir ki, sənətçi vaxtilə məşğul olduğu biznesin iflasa uğradığını açıq şəkildə dilə gətirib.
Y.Mustafayev bildirib ki, gənclik illərində 9-cu mikrorayonda yerləşən və “Tərlan” adlanan şadlıq sarayının sahibi olub. O, həmin obyekti satdığını və əldə etdiyi pulla bacı-qardaşlarını evlə təmin etdiyini deyib. Müğənni qeyd edib ki, o dövrlərdə sənət adamlarının bizneslə məşğul olması dəb halını almışdı və onun da bu sahəyə marağı yaranmışdı.
Əməkdar artist şadlıq sarayını təxminən 5-6 il işlətməsinə baxmayaraq, sonradan bu işin ona uyğun olmadığını anlayıb:
“Gördüm ki, yox, alınmır. Çoxun dalınca qaçmaq olmaz. Çoxun çox dərdi var. Bu sənətdə olan bərəkət heç bir yerdə yoxdur”.
Hazırda daha sakit həyat tərzi seçdiyini deyən Yusif Mustafayev indi kənd təsərrüfatı ilə məşğul olduğunu vurğulayıb. Sənətçi təsərrüfatı, anbarı olduğunu, oğulları Kənan və Tərlanın torpaq sahələrində taxıl, buğda əkdiklərini bildirib. Yığılan məhsulun anbara toplanıldığını qeyd edib.
Əməkdar artist övladlarını məqsədli şəkildə kənd həyatına və zəhmətə alışdırdığını da etiraf edib. Onun sözlərinə görə, oğulları iki gündən bir növbə ilə təsərrüfata gedir, əkin-biçin işlərində iştirak edirlər:
“Balalarımı kəndə, təsərrüfata bağlamışam ki, zəhmətə alışsınlar. Bilirlər ki, palçığın içində əkin-biçin nə deməkdir”.
Sənətçinin bu açıqlamaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müsbət rəylər yazılıb. (milli.az)

Reklam
Oxşar xəbərlər
Əli Mirəliyevin iradı Səmranı özündən çıxardı – VİDEO
Xatirədən yeni yaşında YENİ FOTOSESSİYA
Rəşidə Rəşidin oğlu gözəllər gözəli xanımı ilə – FOTO
Alim Qasımovun nəvəsinin oğlan toyudur
“Tolik aparıcı deyil, 10 ildən sonra…” – Səidə Bəkirqızı
Rəqsanə Səidə ilə qalmaqaldan DANIŞDI: Mən ölüyə toxunmamışam
Rəqsanədən transparan geyimdə FOTOSESSİYA