Elvin Basqallı Xatirənin müdafiəsinə qalxdı – VİDEO
“Xatirə İslam Azərbaycanda muğam oxuya bilən azsaylı estrada ulduzlarından biridir, bəstəkar mahnıları ilə zəngin repertuar sahibidir, səsi sənətkar deməyə layiq ifaçıdır”.
Az24.az xəbər verir ki, bu sözləri “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O əlavə edib: “Kəndinə qayıdır Xan” əsəri əsl əsərdi. Xankəndi haqqında oxunan əsərlərdən bəlkə də ən birincisidir. İnanıram ki, bu mahnı Xankəndinin taleyinə yazılmış ən gözəl mahnıdır.
Mədəniyyət Nazirliyi Xatirəni 2 dəfə məhz dekabrın 31-də Qarabağda konsertə dəvət etdiyini deyir. Axı il ərzində yada düşməyən bir ifaçının məhz dekabrın 31-i Bakıda yüksək qonorarlı konsertlərinin olduğu vaxt dəvət olunmasının adı nədir?! Xatirə İslam həmin gün Bakıdakı restoranlarda konsert verir. Burda şəxsi, maddi maraqlar da var. Görən həmin tədbir üçün Xatirə İslama nə qədər pul təklif olunub? Bunlar göstərir ki, Mədəniyyət Nazirliyi ətrafında gedən söz-söhbətlər kuliminasiya nöqtəsinə çatıb. Xatirə və onun kimi əsl sənətkarların heç bir fəxri adı yoxdur, onlar niyə dövlət tədbirlərində iştirak etmir?”.
Xatirə İslam Elvin Basqallının sözlərini sosial media hesabında paylaşaraq ona təşəkkürünü bildirib. Eyni zamanda, nazirliyin iddialarına gün ərzində cavab verəcəyini deyib.
Xatırladaq ki, Xatirə İslam Mədəniyyət Nazirliyindən rəsmi tədbirlərə dəvət almadığını dilə gətirib.
Reklam
Oxşar xəbərlər
Serenay Sarıkaya tanınmış müğənninin istəyinə biganə qalmadı – FOTO
10 min versələr də, efirdə fırt-fırt xəngəl yemərəm – Nazilədən Aşıq Telliyə ATMACA
“Taşacak Bu Deniz”in ulduzlarına “O Səs Türkiyə”dən TƏKLİF
“Bahar”ın yayım günü dəyişdi
Həbsdən çıxan Rəqsanədən ilk açıqlama – VİDEO