Elşad Xose bu görüntülərə görə həbs olunub – VİDEO
Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose 15 gün müddətinə inzibati qaydada həbs edilibş
AZ24.az xəbər verir ki, məşhur reperin həbs olunmasına səbəb Yasamal rayonu, Ş.Qurbanov küçəsində video çəkərkən ünvansız təhqiramiz ifadələr səsləndirməsi olub.
Beləki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib.
Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Elşad Xosenin həbs olunması ilə bağlı ilk məlumat “Qaynarinfo” saytında yayımlanıb. (milli.az)
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”