Elon Mask dünyanın ilk trilyonçusu olmağa yaxınlaşır

Elon Mask dünyanın ilk trilyonçusu olmağa yaxınlaşır

Dünya 16.12.2025 11:00 26

Amerikalı milyarder Elon Maskın sərvəti 600 milyard dolları ötüb və bu göstərici onu dünyanın ilk trilyonçusu olmağa bir addım da yaxınlaşdırıb.

Az24.az xəbər verir ki, sərvət artımında əsas rol “SpaceX” şirkətinin dəyərinin kəskin yüksəlməsi və “Tesla” səhmlərinin bahalaşması oynayıb.

Bu ayın əvvəlində kosmos gəmisi və raket istehsalı ilə məşğul olan “SpaceX” şirkəti tender təklifi elan edib və şirkətin dəyəri 800 milyard dollar olaraq qiymətləndirilib. Avqust ayında bu göstərici 400 milyard dollar olub.

“SpaceX”in təxminən 42%-nə sahib olan Maskın sərvəti bu qiymətləndirmə nəticəsində 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb.

Dəniz

Reklam