Əli Kərimlinin evində axtarış aparılıb, amma saxlanılmayıb – YENİLƏNDİ

Əli Kərimlinin evində axtarış aparılıb, amma saxlanılmayıb – YENİLƏNDİ

Siyasət 29.11.2025 15:41 125
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb.
“Report”un əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində Əli Kərimli barəsində araşdırma ilə bağlı onun yaşadığı mənzildə axtarış aparılıb, lakin özü saxlanmayıb.
Məlumatda qeyd edilir ki, Əli Kərimli barəsində araşdırma Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb.

Az24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar çərçivəsində Əli Kərimlinin evində axtarış aparılıb.

AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

***

Az24.az xəbər verir ki, partiya fəallarının paylaşımlarında hazırda hüquq-mühafizə orqanları tərəfindən Əli Kərimlinin yaşadığı ünvanda axtarış aparıldığı bildirilir.

Bundan başqa, Əli Kərimlinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanıldığı barədə məlumat yayılıb.

Az24.az xəbər verir ki, məlumatı sosial şəbəkədə partiyanın Nərimanov şöbəsinin sədr müavini Səyyad Quliyev yayıb.

Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib.

Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb.

AXCP-dən geniş məlumat yayılacağı bildirilib. (modern.az)

Reklam