Əli Əsədov qərar imzaladı – Güzəşt müddəti artırıldı
Bəzi məhsullarına idxal zamanı tətbiq edilən gömrük rüsumu və aksiz dərəcəsi güzəştinin müddəti artırılıb.
Az24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu və aksiz dərəcələrinə tətbiq edilən güzəştin müddəti bir il uzadılıb.
Məlumat üçün bildirək ki, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalında 1 ton üçün 80 manat aksiz dərəcəsinə güzəşt tətbiq edilirdi. Güzəştin müddəti uzadılaraq 2026-cı il dekabrın 31-dək 1 ton üçün 1 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Həmçinin sözügedən məhsullara 15 % idxal gömrük rüsumundan azadolma tətbiq edilirdi. Bu güzəştin müddəti də 2026-cı il dekabrın 31-dək uzadılıb.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası