Əksər kənd məktəblərində müəllim çatışmazlığı var – Nazir
Əksər kənd məktəblərində bəzi fənlər, xüsusilə musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var.
Az24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
“Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”.
Nazirin sözlərinə görə, məsələnin mahiyyəti dəyişməlidir: “Yəni, saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna müyyən qədər zaman, illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”. (modern.az)
Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO