Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı

Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı

Dünya 09.01.2026 22:37 19

Keçmiş İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs müddəti uzadılıb.

AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul məhkəməsi bu gün aparılan baxış zamanı onun həbsdə saxlanılması qərarını davam etdirmək barədə qərar qəbul edib. Bu qərar korrupsiya işi çərçivəsində digər təqsirləndirilən şəxslər üçün də tətbiq olunub.

Qeyd edək ki, Əkrəm İmamoğlu ötən il iyulun 16-da 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq” ittihamından bəraət alsa da, dövlət məmurunu təhqir və hədə-qorxu maddələri ilə cəzalandırılıb.

Reklam