Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Az24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində deyilir.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”