Efirdə Elgizlə zarafat etdilər – “Nə itim azıb Moskvada”

Efirdə Elgizlə zarafat etdilər – “Nə itim azıb Moskvada”

Şou 29.11.2025 16:13 28

“İki başlı” proqramında maraqlı anlar yaşanıb.

Az24.az xəbər verir kİ, proqramda Xalq artisti Afaq Bəşirqızından aparıcı Elgiz Əkbərə zəng etməsi istənilib.

A.Bəşirqızı zəng edərək onu Moskvaya Şaxta baba kimi dəvət etdiklərini bildirib.

“Elgiz, dekabrın 31-də səni Rusiyada Şaxta baba kimi istəyiblər. Yaxın dostumdur, həm toydur, həm də yaxşı pul verir”, – aktrisa aparıcıya deyib.

Elgiz isə “Soyuqda, qışın günündə nə itim azıb Moskvada. Nə işim var Moskvada?” sözlərini deyərək, qeyri-etik ifadə işlədib.

Daha sonra aparıcı efirdə olduğunu öyrənib və “Rüsvay oldum, camaat da əl çalır” deyə bildirib.

Reklam