Dünyanın ən sağlıqlı qidası – Min bir dərdin dərmanıdır
Mütəxəssislərə görə razyana— vitamin, mineral və antioksidant zənginliyi ilə bir çox güclü meyvə və tərəvəzdən öndə gedərək zirvənin sahibi olub.
Az24.az xəbər verir ki, toxumu, yarpağı və kökü ilə istifadə edilə bilən bu bitki orqanizmdə bir çox sistemi birbaşa təsirləndirir.

Niyə birinci olub?
– Çox yüksək antioksidant gücü: Tərkibindəki flavonoidlər və uçucu yağlar hüceyrə zədələnməsini azaldaraq bədəni sərbəst radikallardan qoruyur.
-Həzm sistemi üçün idealdır: Rezene toxumları mədəni sakitləşdirir, qaz problemini azaldır və həzmi sürətləndirir.
-İmmuniteti gücləndirir: C vitamini və fitokimyəvi maddələr xəstəliklərə qarşı sipər rolunu oynayır.
-Stresi azaltır: Rezene çayının sinirləri sakitləşdirdiyi və yuxu keyfiyyətini artırdığı bilinir.
-Mineral deposu: Dəmir, kalium, maqnezium və kalsiumla zəngin olduğundan metabolizmanı dəstəkləyir.
-Çox yönlü istifadə: Çay kimi içilə bilər, yeməklərdə, salatlarda və balıq reseptlərində təbii ətir verir.
Mütəxəssislər qeyd edir ki, müntəzəm razyana istifadəsi bağırsaq sağlamlığından hormon balansına, immunitetdən hüceyrə yenilənməsinə qədər geniş fayda dairəsi yaradır.
Siyahlya daxil olan digər sağlam qidalar aşağıdakılardır:
-Kefir: Probiyotiklərlə bağırsaq florasını gücləndirir, həzmi tənzimləyir, kalsium və maqneziumla sümükləri qoruyur.
-Qırmızı çay (Rooibos): Antioksidantla zəngindir, ürək sağlamlığını dəstəkləyir, stressi azaldır və kafeinsiz olduğundan istənilən vaxt içilə bilər.
-Banan: Kalium mənbəyidir, təzyiqi tənzimləyir, enerjini artırır və məşqdən sonra bərpanı sürətləndirir.
-Ahududu: Lif və C vitamini ilə zəngindir; arıqlamada, immunitetdə və hüceyrə yaşlanmasının qarşısının alınmasında effektlidir.
-Portağal: C vitamini deposudur, həzmi yaxşılaşdırır və ürək sağlamlığını dəstəkləyir.
-Kivi: C vitamini bir çox meyvədən çoxdur. Həzmi sürətləndirir, bağırsaqları tənzimləyir və dəri sağlamlığına faydalıdır.
-Nar: Güclü antioksidantdır, hüceyrə yenilənməsini dəstəkləyir, ürək-damar sağlamlığını qoruyur və iltihab əleyhinə təsir göstərir.
-Pomidor: Likopenlə zəngindir; xərçəng riskinin azalması ilə əlaqələndirilir. Həm də ürək, göz və həzm sistemi üçün faydalıdır.
-Qoz: Omega-3 mənbəyidir, beyni və yaddaşı gücləndirir, iltihabı azaldır.
-Qatıq: Probiyotiklərlə bağırsaq sağlamlığını dəstəkləyir, sümüklərə faydalıdır və təbii halda kilo idarəsinə kömək edir.
-Tam buğda çörəyi: Liflə zəngindir, şəkəri tənzimləyir, toxluq yaradır və ürəyi qoruyur.
-Sarımsaq: Təbii antibiotik təsiri göstərir, immuniteti gücləndirir, damarları qoruyur və iltihabı azaldır.
-Qaragilə Ən güclü antioksidant mənbələrindən biridir; beyin, immunitet və metabolizmanı eyni anda dəstəkləyir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ