Dünyanın ən ölümcül dəniz canlısına toxundu, təhlükəni sonradan anladı – VİDEO

Dünyanın ən ölümcül dəniz canlısına toxundu, təhlükəni sonradan anladı – VİDEO

Dünya 18.12.2025 12:30 15

Filippində istirahətdə olan britaniyalı turist Endi Makkonnell təhlükəni dərk etmədən dünyanın ən ölümcül dəniz canlılarından biri sayılan mavi halqalı səkkizayaqlı ilbizə toxunub.

AZ24.az xəbər verir ki, o, dayaz suda tapdığı canlını əlinə alaraq çəkdiyi videonu sosial şəbəkədə paylaşıb və görüntülər qısa zamanda yayılıb.

Daha sonra mütəxəssislər bu növün zəhərinin tərkibində tetrodotoksin olduğunu və onun sianiddən təxminən 1 000 dəfə güclü təsirə malik olduğunu açıqlayıblar. Hadisədən sonra turist böyük risklə üz-üzə qaldığını etiraf edib, ekspertlər isə istirahətçiləri dəniz canlılarına toxunmamaq barədə xəbərdar ediblər.

Reklam