Dünyanın ən çox əhalisi olan şəhərlərinin siyahısı açıqlandı
Dünyanın ən çox əhalisi olan 20 şəhərinin siyahısı müəyyənləşib.
Az24.azxəbər verir ki, BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin “Dünya Şəhərləşmə Proqnozları -2025” hesabatına görə, dünya sürətlə şəhərləşir və şəhərlər artıq 8,2 milyardlıq dünya əhalisinin 45%-nə ev sahibliyi edir.
Hesabatda qeyd olunur ki, 1950-ci ildən bəri şəhər əhalisi iki dəfədən çox artıb.
BMT-nin yeni hesabatına görə, dünyanın ən çox əhalisi olan şəhəri 41 milyon 914 min nəfərlə Cakarta olub.
Dünyanın ən çox əhalisi olan 20 şəhəri arasında ikinci yerdə Dakka (36 milyon 585 min), üçüncü sırada Tokio (33 milyon 413 min), , dördüncü sırada Yeni Dehli (30 milyon 222 min) və beşinci yerdə Şanxay (29 milyon 559 min) şəhəridir.
Türkiyənin ən sıx məskunlaşmış şəhəri olan İstanbul da siyahıda yer alıb. İstanbul 15 milyon 15 min əhali sayına görə 18-ci sırada qərarlaşıb.
Reklam
Oxşar xəbərlər
Qalmaqal yaradan YAZIŞMALAR: Epşteyn şahzadəyə nə təklif edib?
“Özümü əla hiss edirəm” – Tramp
Hücum edərlərsə, İsraili vurarıq – İran ABŞ-ı HƏDƏLƏDİ
Epşteynin yanından ayrılmayan sirli qadın kimdir? – FOTOLAR
Maskın sərvəti açıqlandı – Dünyada birinci oldu
Bu disklərin içindəkilər paylaşılanda QİYAMƏT QOPACAQ
Kral ailəsində Epşteyn zəlzələsi – Saraydan qovdular
ABŞ İranın tələbini qəbul etdi – Görüşlər bu ölkədə olacaq