Dünyanın ən çox doğuran qadını: 30 ildə 69 uşaq
Valentina Vassilyeva tarixdə bir qadının dünyaya gətirdiyi ən çox uşaq rekorduna sahib şəxs kimi tanınır və bu fakt Ginnesin Rekordlar Kitabında yer alıb.
Valentina Vassilyeva 1707-ci ildə Rusiyanın Şuya adlı kiçik bir kəndində anadan olmuş kəndli qadın idi. XVIII əsrdə yaşamış bu qadının həyatı insan doğurganlığının sərhədlərini aşan nadir hadisələrdən biri kimi tarixə düşüb.
1782-ci ildə Nikolsk monastırı tərəfindən Moskvaya yazdığı hesabata görə, 1725-1765-ci illər arasında xanım Vasilyeva 16 əkiz, 7 üçəm və 4 dördəm dünyaya gətirib. 27 dəfə doğuş edən qadının cəmi 69 uşağının olduğu hesabatda bildirilib.

Ən təəccüblü məqam isə odur ki, bu uşaqlardan yalnız iki nəfəri körpəlik dövründə vəfat edib, yəni 67 uşaq yetkinlik yaşına qədər sağ qala bilib. XVIII əsrin ağır tibbi və sosial şərtləri nəzərə alındıqda bu fakt daha da inanılmaz görünür.

Ginnesin Rekordlar Kitabı bu hadisəni rəsmi şəkildə tanısa da, bəzi tarixçilər və alimlər bu məlumatların dəqiqliyi ilə bağlı müəyyən şübhələr irəli sürürlər. XVIII əsrdə doğumların sistemli şəkildə qeydə alınmaması və tibbi məlumatların azlığı hadisənin tam sübutunu çətinləşdirir.

Valentina Vassilyeva’nın həyat yoldaşı Fyodor Vassilyev də tarixdə ən çox uşağa sahib olan ata kimi tanınır. Məlumatlara görə, o, yalnız Valentina ilə deyil, ikinci həyat yoldaşı ilə birlikdə də uşaq sahibi olub və ümumilikdə 87 uşağın atası sayılır. Fyodrun ikinci evliliyindəki arvadı 18 uşaq (6 dəfə əkiz, 2 dəfə isə üçəm) dünyaya gətirib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Ağıllı insanlar bu rəngi sevir
Qız uşağı üçün adlar və mənaları – SİYAHI
Şuşada “Zəfər yürüşü”nə çıxan ayı – VİDEO
Fərqli və mənalı oğlan adları
Vaxtından əvvəl maaş alanlara VACİB MƏSLƏHƏT: Belə xərcləyin
Sevgiliyə Yeni il TƏBRİKLƏRİ