Dünyanı xilas edən adam – O, milyonların ölümünün qarşısını necə aldı?

Dünyanı xilas edən adam – O, milyonların ölümünün qarşısını necə aldı?

Maraqlı 30.12.2025 20:11 1583

1962-ci ilin oktyabr ayında dünya nüvə müharibəsinin astanasında idi. Bu dövr Kuba raket böhranı kimi tarixə düşdü. ABŞ ilə Sovet İttifaqı arasında gərginlik o qədər yüksək idi ki, hər an nüvə silahlarının işə düşmə riski vardı. O dövrdə hər iki supergücün döyüş qabiliyyəti bir-birini yox edə biləcək səviyyədə idi. Amma bəzən dünya tarixindəki ən böyük faciələr bir insanın qərarından asılı olur. Və o insanın adı Vasili Arxipov idi.

Kuba raket böhranı Sovet İttifaqının Kubaya nüvə raketləri yerləşdirməsi ilə başladı. ABŞ bu hərəkəti ciddi təhlükə hesab edərək, Kubaya dəniz blokadası tətbiq etdi. Sualtı gəmilər, hava nəzarəti və silahlı gərginlik səviyyəsi yüksək idi.

27 oktyabr 1962-ci ildə Sovet İttifaqına məxsus B-59 sualtı gəmisi Karib dənizində durmaq əmri almışdı. Sovet B-59 tipli nüvə sualtı gəmisi bu gərginlik zamanı ABŞ donanması tərəfindən sıxışdırıldı. Olduqları yeri ABŞ ordusundan qorumaq üçün sualtı gəmi dərində qaldı. Lakin gəmi kifayət qədər dərində deyildi. Sovet sualtı gəmisini fərq edən ABŞ donanması gəmidəki komandirləri qorxutmaq məqsədilə məhvedici olmayan sualtı bombalar atmağa başladı. Lakin ABŞ donanmasının bilmədiyi bir şey var idi. B-59 sualtı gəmisində ağır silahlar və Xirosimaya atılan atom bombası qədər güclü bir nüvə raketi var idi.

B-59 dalış edərkən rabitə əlaqəsini itirdi, nə edəcəkləri barədə əmr almaq üçün Moskvaya ilə əlaqə saxlamaq mümkün olmadı.

Su altında ətrafda gərginlik artdıqca, kapitan Valentin Savitsky yanlış bir qərar vermək üzrə idi: o, nüvə torpedosunu işə salmaq istədi. Bunun üçün üç kapitanın razılığı lazım idi. Kapitan Savitsky və Arkhipovun komandiri torpedonun atılmasına razılıq vermişdilər, amma Vasili Arxipov bunu qəbul etmədi. O, “Xeyir” dedi. O, ABŞ donanmasının atdığı bombaların yaxınlaşdığı zaman sakit qalmağı bacardı və bu bombaların məhvedici olmadığından, sadəcə onları suyun səthinə çıxarmaq üçün bir tələ olduğundan şübhələndi.

Arkhipov panikaya qapılan həmkarlarını sakitləşdirdi. O, həm sovet protokollarını, həm də insanlığın taleyini nəzərə alaraq, hərəkət etdi.

Vasili Arxipov şübhələrində haqlı çıxdı. Onlar yanacaq və oksigenləri tükənənə qədər suyun altında qalmağa davam etdilər. Sonda məcburi şəkildə ABŞ donanmasına təslim olmaq üçün suyun üzərinə çıxıdlar. Lakin onlar suyun altından çıxdıqda ABŞ donanması oradan getmişdi.

Onun müdaxiləsi sayəsində dünya nüvə müharibəsinin astanasından qurtuldu. Bu hadisə göstərir ki, bəzən tarixin gedişi bir insanın soyuqqanlı qərarına bağlıdır.

Vasili Arxipov Moskva yaxınlığındakı Staraya Kupavna qəsəbəsində bir kəndli ailəsində anadan olub. O, Sakit okean Ali Dəniz Məktəbində təhsil alıb və 1945-ci ilin avqustunda sovet-yapon müharibəsində iştirak edərək minaaxtaran gəmidə xidmət edib.

Vasili Arxipov 1998-ci ildə avqustun 19-da vəfat edib.

Arxipovun qəhrəmanlığı uzun müddət tanınmadı. Sovet İttifaqında da bu hadisə haqqında geniş məlumat yayılmadı. Amma son illərdə, tarixçilər və media onun rolunu işıqlandırmağa başladı. Vasili Arxipov “Dünyanı xilas edən adam” kimi tarixdə qaldı.

Dəniz

Reklam