Dünyada yeni ölümcül virus sürətlə yayılır – Azərbaycana da gələ bilər
H3N2 virusunun yaratdığı yeni qrip dalğası artıq bütün qitələrdə onlarla ölkəyə yayılıb. Hazırda 30-dan artıq ölkədə bu vurusa yoluxma qeydə alınıb. Aparılan analizlər virusun yeddi mutasiya keçirdiyini ortaya çıxarıb. Bu isə yoluxma sayında sürətli artıma səbəb olub.
Az24.az xəbər verir ki, İngiltərədə yerləşən Francis Crick İnstitutunun Qlobal İnflyuenza Mərkəzinin direktoru prof. Nikola Lyuis bu miqyasda və bu sürətlə yayılan H3N2 variantının uzun zamandır müşahidə olunmadığını deyib. Onun sözlərinə görə, virusun davranışı əvvəlki qrip mövsümlərindən fərqlənir.
Mütəxəssislərə görə, H3N2-nin bu versiyası əvvəl geniş yayılmadığı üçün cəmiyyətdə təbii immunitet çox zəifdir. Bu da yoluxmağa meyilli insanların sayını artırır. Əlamətlər klassik qrip əlamətlərinə bənzəsə də, xüsusilə yaşlılar və immun sistemi zəif olan şəxslərdə daha ağır nəticələr yarada bilər.
Hazırkı qrip peyvəndlərinin mutasiyaya uğramış H3N2 ilə tam uyğun olmadığı bildirilir.
Bəzi ölkələrdə qrip mövsümünün erkən başlaması səbəbindən məktəblərin müvəqqəti bağlandığı bildirilir. Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin Qrip Proqramının rəhbəri dr. Syuzan Makdonald öskürək və asqırma zamanı ağız və burunun örtülməsinin, əllərin tez-tez sabunla yuyulmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Mütəxəssislər qrip əlamətləri göstərən insanların evdə qalmasının yoluxmanın azalmasına kömək edəcəyini, zərurət olduqda çölə çıxarkən qapalı məkanlardan uzaq durmağın vacib olduğunu bildirirlər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi