DSX-nin intihar edən əsgərinin FOTOSU
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib.
Az24.az xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından noyabrın 15-də intihar etdiyi bildirilib.
Faktla bağlı hərbi prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfəralıyev saxlanılıb. Sonra Cinayət Məcəlləsinin maddələri ilə ona ittiham elan olunub və 27.11.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi Məhkəməsinə müraciət edilib.
Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmuş kapitan Mahmud Səfəralıyev azadlığa buraxıb.
Bildirilib ki, Hərbi Prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq. (“Qafqazinfo”)

Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO