Dırnaqların rəngi ciddi xəstəliklərin xəbərçisi ola bilər

Dırnaqların rəngi ciddi xəstəliklərin xəbərçisi ola bilər

Sağlamlıq 27.01.2026 19:43 7

Dırnaqların rəngi ciddi xəstəliklərin vacib göstəricisi ola bilər.

Az24.az xəbər verir ki, bu barədə Amerika Dermatologiya Akademiyasının Assosiasiyası (AAD) bildirib.

Dermatoloqların sözlərinə görə, dırnaqların qeyri-adi dərəcədə ağ olması qaraciyər sirrozu və ya şəkərli diabetə işarə edə bilər. Bununla belə, bəzən bu cür dəyişikliklər sadəcə yaşlanma ilə də əlaqəli olur. Əgər dırnaq yarısı ağ, yarısı çəhrayı rəngdədirsə, bu, böyrək çatışmazlığının əlaməti ola bilər.

“Bir və ya bir neçə dırnağın yuxarı hissəsinin ağ, aşağı hissəsinin isə normaldan qırmızımtıl-qəhvəyi rəngdə olması müşahidə edilə bilər”, – deyə açıqlamada bildirilir.

Həkimlərin məlumatına görə, dırnaqların saralması çox vaxt göbələk infeksiyası və ya ağciyər xəstəlikləri ilə əlaqələndirilir.

Mütəxəssislər xüsusilə vurğulayırlar ki, dırnaq altında qəfil yaranan tünd zolaq, əgər travma olmadan meydana çıxıbsa və zamanla forması və ya eni dəyişirsə, ciddi narahatlıq doğurmalıdır. Bu hal melanomanın – dəri xərçənginin ən aqressiv növünün əlaməti ola bilər.

Dəniz

Reklam