Deputat iclasa 9 milyonluq saatla gəldi – FOTO
Türkiyədə deputat Nəbi Hatipoğlu bu dəfə bahalı saatı ilə gündəmə gəlib. Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili həmişə brend geyimləri və zövqlü görünüşü ilə seçilib.
Az24.az xəbər verir ki, Hatipoğlu Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı 9,2 milyon lirə (təxminən 214 min dollar) qiymətində saat taxması ilə diqqət mərkəzinə düşüb. Bu addım onu sosial mediada və yerli medianın tənqid obyektinə çevirib.
Müzakirələr və şərhlərdə vurğulanır ki, minimum əmək haqqının təxminən 500 dollar olduğu bir ölkədə deputatın 214 min dollarlıq saat taxması bəziləri tərəfindən həddindən artıq və sərvət nümayişi kimi qiymətləndirilib. Sosial şəbəkələrdə və yerli mediada Nəbi Hatipoğlunun bu davranışı geniş müzakirələrə səbəb olub və ictimaiyyət arasında fərqli reaksiyalar doğurub.
Deputat saatla bağlı məsələyə münasibət bildirməyib.
Reklam
Oxşar xəbərlər
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”