Dəhşətli virus Avropda sürətlə yayılır – 50-dən çox ölkədə aşkarlandı

Dəhşətli virus Avropda sürətlə yayılır – 50-dən çox ölkədə aşkarlandı

Sağlamlıq 06.01.2026 23:02 189

Ölümcül və dərmanlara davamlı bir göbələk növü – “Candida auris” dünya üzrə sürətlə yayılır və artıq 50-dən çox ölkədə aşkarlanıb.

AZ24.az xəbər verir ki, bu göbələk ilk dəfə 2009-cu ildə müəyyən edilsə də, son araşdırmalar onun yayılmasının sürətləndiyini göstərir.

Məlumata görə, “Candida auris” sümük və dəri səthində yaşaya bilər, lakin zəif immuniteti olan insanlarda qan dövranına və orqanlara daxil olaraq ciddi və həyati təhlükəli infeksiyalara səbəb ola bilər. Bu infeksiyalar ənənəvi antifungal dərmanlarla müalicə oluna bilmir, bu səbəbdən mütəxəssislər ciddi narahatlıq ifadə edirlər.

Mütəxəssislər bildirirlər ki, “Candida auris”u qlobal səviyyədə daha yaxşı tanımaq, sürətli diaqnostika üsullarını inkişaf etdirmək və yeni müalicə yolları tapmaq vacibdir. (news24.az)

Reklam