Dedim ki, ay uşaq, otur yerində – Nadir Günayı toyda oxumağa qoymayıb?
Xəbər verdiyimiz kimi, müğənni Günay İbrahimli toy məclislərindən birində həmkarı Nadir Qafarzadəninin onu səhnəyə çıxmağa qoymadığını deyib.
Az24.az xəbər verir ki, məsələ ilə bağlı Qafarzadə Axşam.az-a açıqlama verib.
O bildirib ki, məclisdə ona təqdim olunan siyahıda Günayın adı yer almayıb:
“Elə bir şey olmayıb. Mən belə şey etmərəm. Toy sahibi başqasıdır, mən aparıcıyam. Bizə əvvəldən deyilir toyda kim olacaq. Günay İbrahimli siyahıda yox idi. Onu sürpriz kimi gətirmişdilər. Ondan əvvəl siyahıda başqa ifaçının vaxtı idi və onu təqdim etdim. Günay isə gəlib istədi tez oxusun. Köməkçisi kobud şəkildə, böyük-kiçik yerini bilmədən yaxınlaşdı. Mən də dedim ki, ay uşaq, get otur yerində”.
Müğənni bildirib ki, Günayın bu məsələni efirdə danışmasını bəyənməyib:
“Biz telefonda danışmışıq, təzədən efirdə deməyi lazım deyildi. Özü də efirdə dedi ki, telefonda danışdıq. Bəs niyə efirdə təzədən dedin? Müğənnilərn köməkçisi özünü elə aparsın ki, yanındakı ifaçıya hörmət etsinlər. Mən illərin Nadir Qafarzadəsiyəm, ehtiyatlı olsunlar. Müğənnilər yox, günah onladın köməkçilərindədir. Mənə qarşı ehtiyatlı olsunlar, yekəxanalığı sevmirəm. Heç kimlə işim yoxdur, hər kəs pulunu qazanır. Pulu mən vermirəm. Gəlsinlər, pullarını alıb getsinlər”.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
Toy karvanında “avtoş”luq edənlər həbs olundu – FOTO
Ölkədə qriplə bağlı ümumi vəziyyət AÇIQLANDI