DÇ-2026: Pley-off mərhələsinin ilk qarşılaşmaları müəyyənləşdi

DÇ-2026: Pley-off mərhələsinin ilk qarşılaşmaları müəyyənləşdi

İdman 20.11.2025 20:24 12

2026-cı il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatması keçirilib.

AZ24.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, dörd yol üzrə yarımfinal və potensial final cütlükləri müəyyənləşib.

Yol A

  • İtaliya – Şimali İrlandiya

  • Uels – Bosniya və Herseqovina
    Yolun finalında bu iki yarımfinalın qalibləri qarşılaşacaq.

Yol B

  • Ukrayna – İsveç

  • Polşa – Albaniya
    Final matçını Ukrayna–İsveç cütünün qalibi qəbul edəcək.

Yol C

  • Türkiyə – Rumıniya

  • Slovakiya – Kosovo
    Yolun finalında Slovakiya–Kosovo oyunundan qalib gələn komanda ev sahibi olacaq.

Yol D

  • Danimarka – Şimali Makedoniya

  • Çexiya – İrlandiya Respublikası
    Final görüşü Çexiya–İrlandiya cütünün qalibinin meydanında baş tutacaq.

Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı ilin mart ayında keçiriləcək. Qalib komandalar DÇ-2026 üçün son vəsiqələri qazanacaqlar.

Reklam