DÇ-2026: Daha 5 komanda final mərhələsinə vəsiqə qazandı

DÇ-2026: Daha 5 komanda final mərhələsinə vəsiqə qazandı

İdman 19.11.2025 13:57 6

Futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində daha beş komanda mundiala vəsiqə qazanıb.

Az24.az xəbər verir ki, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika seçmə oyunlarının nəticəsinə əsasən final mərhələsinə adlayan komandalar sırasına qoşulub.

Beləliklə, 2026-cı il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına indiyədək 39 komanda vəsiqə əldə edib:

ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d’İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika.

Qeyd edək ki, DÇ-2026-da ümumilikdə 48 komanda iştirak edəcək.

Reklam