Daha bir məşhurun narkotik test nəticələri müsbət çıxdı

Daha bir məşhurun narkotik test nəticələri müsbət çıxdı

Dünya 09.01.2026 20:51 12

Türkiyədə aparılan narkotik araşdırması çərçivəsində sosial media fenomeni Şeyma Subaşı ilə bağlı nəticə açıqlanıb.

Az24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun istintaqı zamanı Şeyma Subaşının verdiyi narkotik testinin müsbət nəticə verdiyi bildirilib. Araşdırma zamanı onun qanında kokain və bəzi maddələrin izləri aşkar edilib.

Məlumata görə, barəsində axtarış qərarı çıxarılan Subaşı ABŞ-dən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında saxlanılıb. İfadəsi alındıqdan sonra o, xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd olunur ki, Şeyma Subaşı ifadəsi zamanı narkotik maddə istifadə etdiyini etiraf edib. Hazırda istintaq prosesi davam edir.

Reklam