Daha 20 ailə Laçına köçürüləcək
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində 2025-ci ildə Laçın rayonunda daimi məskunlaşma prosesi davam etdirilib.
Az24.az xəbər verir ki, bunu Modern.az-a Laçın xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib.
O qeyd edib ki, cari ilin may ayının 27-də cənab Prezident İlham Əliyev Laçın rayonunun yenidən inşa edilmiş Bəylik kəndinin açılışında iştirak edib və sakinlərə evlərin açarlarını təqdim edib. Bu mərhələdə kəndə 89 ailə – 363 nəfər köçürülüb.
“Sentyabrın 23-də həyata keçirilən növbəti köçürmə ilə Laçın şəhərinə 20 ailə – 86 nəfərin daimi məskunlaşması təmin edilib. Bu köçürmələrlə birlikdə, hazırkı dövrədək Laçın şəhərində 591 ailə – 2177 nəfər, ümumilikdə isə Laçın rayonunda 956 ailə – 3587 nəfərin daimi məskunlaşması təmin olunub.
Məskunlaşma prosesi mərhələli şəkildə davam edir və il sonunadək daha 20 ailənin Laçın şəhərinə köçürülməsi planlaşdırılır” – deyə bildirilib.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq