Dabaq xəstəliyinin yeni növü yayılır – Ölkəmizdə vəziyyət necədir?
Türkiyə və İraqda dabaq xəstəliyinin yeni tipi yayılıb.
AZ24.az xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlıq və Baytarlıq Mərkəzinin rəis müavini Yusif İbrahimov bildirib ki, ölkəmizdə çox sürətli peyvəndlənmə işləri aparılır:
“Dabaq heyvanlar arasında yayılan xəstəlikdir. Bunun nəticəsində də heyvanlar arasında iqtisadi zərər yaranır. Dabaq xəstəliyinə qarşı ildə 2 dəfə peyvəndlənmə işləri aparılır. Amma, bu dəfə Türkiyə, İraqda xəstəliyin başqa növünə də rast gəlinib”.
Bəs bu xəstəlik ölkəmizi də gəlib çata bilər?
O bildirib ki, bu riskin qarşısını almaq üçün hər bir heyvan peyvənd olunmalıdır. Vaksinin tərkibinə fermerlər mütləq fikir verməlidirlər. Yəni, hər 4 tipə qarşı immunitent yaradan vitanimlər olmalıdır.
Qeyd edək ki, peyvəndlənmə işləri ilin sonuna kimi mərhələli şəkildə aparılacaq. (milli.az)
Reklam
Oxşar xəbərlər
“Velizar” illər ərzində belə DƏYİŞDİ – VİDEO
Magistraturaya qəbul imtahanı bu tarixdə olacaq
“Epşteyn sənədləri”ndə 2 azərbaycanlının da adı var – Biri keçmiş nazir, biri deputatdır – FOTO
Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
Bu ərazilərdə su kəsildi
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ