COVID-19-dan sağalanların qanında yeni təhlükəli dəyişiklik tapıldı
COVID-19 infeksiyasını keçirmiş şəxslərlə bağlı aparılan yeni araşdırma diqqətçəkən nəticələr ortaya çıxarıb.
Az24.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, sağalmış insanların qanında qeyri-adi dərəcədə yapışqan və mikroskopik ölçülü tromblar – “mikrotromblar” formalaşır. Bu elementlərin post-COVID dövründə geniş yayılmış xroniki yorğunluq, yaddaş zəifliyi, diqqət problemləri və tənəffüs çətinlikləri ilə əlaqəli ola biləcəyi bildirilib.
Tədqiqatın məlumatına görə, mikrotromblar immun sisteminin infeksiyalarla mübarizə zamanı ifraz etdiyi DNT lifləri və fermentlərlə kompleks şəkildə birləşir. COVID-19 keçirməyən sağlam insanlarla müqayisədə sağalan şəxslərdə bu cür komplekslərin təxminən 20 dəfə çox olduğu aşkarlanıb.
Araşdırma göstərib ki, bu mikrotromblar adi tromblarla müqayisədə daha tez parçalanır. Bu proses isə ən incə qan damarlarında axının pozulmasına, toxumaların oksigenlə təminatının zəifləməsinə və orqanizmdə uzunmüddətli iltihabı dərinləşdirə bilər.
Reklam
Oxşar xəbərlər
Həm arıqladır, həm də ürəyi qoruyur
Bu qidaları əsla soyuducuda SAXLAMAYIN – ZƏRƏRLİDİR
Bu əlamətlər həzm sisteminizdə ciddi xəstəliklərdən xəbər verir
Südlü şirniyyatların beyinə təsiri ilə bağlı yeni XƏBƏRDARLIQ
Soyuq havalarda immuniteti belə gücləndirin
D vitamini ikinci infarkt riskini yarıbayarı azaldır