ÇL: “Qalatasaray” öz evində məğlub oldu, “Benfika” ilk 3 xalını qazandı

ÇL: “Qalatasaray” öz evində məğlub oldu, “Benfika” ilk 3 xalını qazandı

İdman 25.11.2025 23:55 5

“Qalatasaray” Çempionlar Liqasında pley-off mərhələsini təmin etmək üçün meydana çıxdığı qarşılaşmada 0:1 hesabı ilə məğlub olub.

AZ24.az xəbər verir ki, qonaqlara qələbəni gətirən yeganə qol 57-ci dəqiqədə Promis Devid tərəfindən vurulub.

Matçın 89-cu dəqiqəsində “Qalatasaray”ın gənc futbolçusu Arda Ünyay qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu nəticə ilə Galatasaray 9 xalda qalıb, Belçika təmsilçisi isə xalını 6-ya yüksəldərək ilk 24-lüyə düşmək şansını artırıb.

Turun digər oyununda, “Ayaks” klubu Hollandiyada “Benfika”ya qarşı ev sahibi olduğu oyunda 0-2 məğlub olub. “Benfika” komandasının qapısına ilk qol 6-cı dəqiqədə müdafiəçi Samuel Dahi tərəfindən avtoqol olaraq qeydə alınıb. İkinci qol isə 90-cı dəqiqədə Leandro Barreiro tərəfindən vurulub.

Bu nəticə ilə “Benfika” mövsümdə Çempionlar Liqasında ilk üç xalı qazanmış oldu.

Reklam