Çinin ən yüksək keyfiyyətli avtomobilləri – SİYAHI

Çinin ən yüksək keyfiyyətli avtomobilləri – SİYAHI

Avto 25.01.2026 18:20 13

Çinin nəqliyyat vasitələrinin qüsurları ilə bağlı məlumatların toplanması və təhlili üzrə ixtisaslaşmış CheZhi platforması 2025-ci ilin dördüncü rübü üçün avtomobil keyfiyyət reytinqini açıqlayıb.

Az24.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, Xiaomi və Zeekr markalarına məxsus modellər ən yüksək göstəricilərlə birinci yeri bölüşüblər.

SAIC və Huawei şirkətlərinin birgə istehsalı olan Saic H5 (Shangjie H5) 1,7 balla üçüncü yeri tutub. İlk üçlükdən sonra Toyota və GAC arasında tərəfdaşlıq olan Toyota bZ3X (2,2 bal) və benzinlə işləyən Changan X5 Plus (2,3 bal) yer alıb.

Reytinq avtomobil sahiblərindən daxil olan şikayətlər, texniki nasazlıqların sayı və keyfiyyət göstəriciləri əsasında tərtib olunub.

Mütəxəssislər qeyd edirlər ki, Çin bazarında yeni texnoloji brendlərin keyfiyyət baxımından ənənəvi avtomobil istehsalçıları ilə rəqabət apara bilməsi bu reytinqdə aydın şəkildə özünü göstərir. Xiaomi və Zeekr modellərinin yüksək nəticə əldə etməsi markaların etibarlılığına olan etimadı daha da artırıb.

Tədqiqata ümumilikdə 358 model daxil edilib, onlardan 108-də şikayətlərdə azalma, qalanlarında isə artım müşahidə olunub. Krossoverlərin orta keyfiyyət səviyyəsi 24,8 bal olub ki, bu da sedan və miniven seqmentlərindən daha yaxşı göstəricidir.

CheZhi platformasının hesabatı Çin avtomobil bazarında keyfiyyət tendensiyalarını əks etdirən əsas göstəricilərdən biri hesab olunur.

Dəniz

Reklam