“ChatGPT” niyə saatı deyə bilmir?
Süni intellekt həyatın bir çox sahəsində böyük üstünlüklər versə də, “ChatGPT” kimi modellərin real vaxtı göstərməməsi hələ də əsas boşluqlardan biri sayılır. Mütəxəssislər bildirirlər ki, bunun səbəbi modelin cihazın saatına və internet üzərindən canlı vaxt məlumatına çıxışının olmamasıdır.
“ChatGPT” yalnız öyrədildiyi məlumatlar və istifadəçilə dialoq zamanı aldığı mətn əsasında cavab yaradır. Bu səbəbdən sadə “indi saat neçədir?” sualına dəqiq cavab verə bilmir. Eyni məhdudiyyət tarix, təqvim və analoq saatlardan vaxt oxuma kimi funksiyalarda da özünü göstərir.
Ekspertlər vurğulayırlar ki, real vaxt məlumat axınının süni intellektə tam şəkildə açılması təhlükəsizlik və səhv cavab riski yarada bilər. Buna görə bu funksiya geniş formada tətbiq edilmir.
Hazırkı mərhələdə “ChatGPT”nin saat və anlıq zaman məlumatı verməsi mümkün olmasa da, gələcək nəsil süni intellekt modellərində bu məhdudiyyətin aradan qaldırıla biləcəyi bildirilir.
Altay
Reklam
Oxşar xəbərlər
“Boeing” “Kızılelma”nın kölgəsində qaldı
“Telegram” və “WhatsApp” istifadəçilərin XƏBƏRDARLIQ: Bu funksiyanı təcili aktiv edin!
Kvant kompüterlər nədir? – Gələcəyin texnologiyası
“Whatsapp”da gözlənilən yenilik istifadəyə verilir
“Bitcoin”in qiyməti 93 min dollara çatıb
Kripto valyutalar yatırım üçün etibarlıdırmı?
Android telefonlarda ekrana çıxan reklam virusları: Nə edə bilərik?
Yeni ildən etibarən “Whatsapp” bu telefonlarda işləməyəcək