“ChatGPT” istifadəçilərinə xəbərdarlıq edildi

“ChatGPT” istifadəçilərinə xəbərdarlıq edildi

Texnologiya 27.11.2025 23:10 44

“OpenAI” analitika xidməti “Mixpanel”də meydana gələn təhlükəsizlik insidenti ilə bağlı ChatGPT istifadəçilərinə xəbərdarlıq edib.

AZ24.az xəbər verir ki, şirkət bildirib ki, insident zamanı bəzi API istifadəçilərinə aid ad, e-poçt ünvanı və cihaz məlumatları üçüncü tərəflər tərəfindən görüntülənə bilər.

“OpenAI” açıqlamasında bilidirib ki, araşdırma nəticəsində platformanın əsas məlumat bazaları və məxfi istifadəçi qeydləri bu hadisədən təsirlənməyib. Şirkət xüsusi olaraq vurğulayıb ki, ChatGPT söhbətləri, şifrə və ödəniş məlumatları, API açarları, kart məlumatları tam təhlükəsizdir və sistemə kənar müdaxilə qeydə alınmayıb. Vəziyyət nəzarətə götürülüb və istifadəçilərin şəxsi məlumatlarının qorunması üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.

Qeyd edək ki, bu, “OpenAI”nin son dövrlərdə istifadəçi məlumatlarının şəffaflığı və təhlükəsizliyi ilə bağlı ən ciddi xəbərdarlıqlarından biri hesab olunur.

Reklam