ChatGPT ilə kobud danışdıqda daha düzgün cavablar verir

ChatGPT ilə kobud danışdıqda daha düzgün cavablar verir

Texnologiya 15.11.2025 15:54 15

ChatGPT ilə kobud danışıldıqda daha dəqiq cavablar verdiyi üzə çıxıb.

Az24.az xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri apardıqları təcrübə zamanı maraqlı nəticələr əldə ediblər. Araşdırma göstərib ki, süni intellektə sərt və kobud tonda müraciət edildikdə cavabların düzgünlüyü bir qədər artır.

Belə ki, 250-dən çox sorğu üzərində aparılan testlərdə “çox kobud” tonda verilən tapşırıqlara botun düzgün cavab vermə faizi 84,8% olub. “Çox nəzakətli” tonda isə bu göstərici 80,8% təşkil edib.

Tədqiqat nüfuzlu bir jurnal üçün hazırlandığından, alimlər açıq təhqirlərdən istifadə etməyib, yalnız “Hey, tənbəl, özün həll et” kimi yumşaq kobudluqda ifadələrlə kifayətləniblər.

Mütəxəssislər həmçinin bildirir ki, istifadəçilər bu üsula alışarsa, sonradan bir-birlərinə də eyni şəkildə kobud yanaşma tətbiq edə bilərlər.

Reklam