“ChatGPT” bu tarixdən “WhatsApp”da işləməyəcək
“ChatGPT” və “Microsoft Copilot” 15 yanvar 2026-cı ildən etibarən “WhatsApp” platformasında işləməyəcək.
AZ24.az xarici mənbələrə istinadən xəbər verir ki, “WhatsApp” süni intellekt əsaslı üçüncü tərəf xidmətləri ilə bağlı yeni qaydalar tətbiq edir.
Məlumata görə, “Meta” şirkəti “WhatsApp”ın “Business Solution” (Biznes həlləri) siyasətini yeniləyib və süni intellekt funksiyası əsas olan botların tətbiq daxilində fəaliyyətinə icazə verilməyəcəyini açıqlayıb. Bununla da yalnız “Meta” tərəfindən təqdim olunan rəsmi süni intellekt köməkçiləri platformada istifadə oluna biləcək.
Ekspertlərin fikrincə, dəyişiklik təhlükəsizlik, məlumatların qorunması və rəqabət mühitinin formalaşdırılması ilə izah edilir. Qərarın həm istifadəçilərə, həm də WhatsApp üzərindən AI inteqrasiyası həyata keçirən şirkətlərə təsir göstərəcəyi bildirilir.
Reklam
Oxşar xəbərlər
“Boeing” “Kızılelma”nın kölgəsində qaldı
“Telegram” və “WhatsApp” istifadəçilərin XƏBƏRDARLIQ: Bu funksiyanı təcili aktiv edin!
Kvant kompüterlər nədir? – Gələcəyin texnologiyası
“Whatsapp”da gözlənilən yenilik istifadəyə verilir
“Bitcoin”in qiyməti 93 min dollara çatıb
Kripto valyutalar yatırım üçün etibarlıdırmı?
Android telefonlarda ekrana çıxan reklam virusları: Nə edə bilərik?
Yeni ildən etibarən “Whatsapp” bu telefonlarda işləməyəcək