“ChatGPT” barədə YENİ XƏBƏRDARLIQ – Bu məlumatlarınız təhlükədə

“ChatGPT” barədə YENİ XƏBƏRDARLIQ – Bu məlumatlarınız təhlükədə

Texnologiya 04.12.2025 14:36 40

Son günlər “OpenAI” istifadəçilərə təhlükəsizliklə bağlı vacib xəbərdarlıq yayıb. Şirkət bildirib ki, “ChatGPT” xidmətindən istifadə edən bəzi insanların e-poçt ünvanları və hesab identifikatorları kənar tərəflərin əlinə keçə bilər.

Məlumata görə, insident “Mixpanel” adlı analitika xidmətində aşkar olunan kənar müdaxilə səbəbindən yaranıb.

“OpenAI” bildirib ki, sızma çat mətnləri, parollar və ya ödəniş məlumatlarını əhatə etmir, lakin istifadəçilərin bəzilərinə məxsus əsas hesab məlumatları fişinq hücumlarında istifadə oluna bilər.

Şirkət istifadəçilərə hesab təhlükəsizliyini artırmağı, naməlum mənbələrdən gələn linklərə daxil olmamağı və iki mərhələli identifikasiya funksiyasını aktivləşdirməyi tövsiyə edib.

Altay

Reklam