Cenk Tosun: “Azərbaycandan təklif olarsa, düşünərəm”

Cenk Tosun: “Azərbaycandan təklif olarsa, düşünərəm”

İdman 16.01.2026 23:11 2

Türkiyə millisinin üzvü Cenk Tosun Azərbaycanda oynamaq istəyir.

AZ24.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında 34 yaşlı hücumçu deyib.

O, Azərbaycandan gələcək təkliflərə müsbət baxacağını bildirib: “Kasımpaşa” klubu ilə mövsümün sonunadək anlaşmışam. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirəm”.

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin “Ayntraxt”, Türkiyənin “Qaziantepspor”, İngiltərənin “Everton” və “Kristal Pelas” klublarının da formasını geyinib. Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub. O, son olaraq “Fənərbağça”nın şərəfini qoruyub.

Reklam