Cəlilabadda kişi öldürüldü, həyat yoldaşı saxlanıldı – TƏFƏRRÜAT

Cəlilabadda kişi öldürüldü, həyat yoldaşı saxlanıldı – TƏFƏRRÜAT

Hadisə 30.11.2025 19:39 30

Cəlilabadda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

AZ24.az xəbər verir ki, günorta saatlarında Vüsal Cəfərovla həyat yoldaşı Kəsirə Cəfərova arasında mübahisə yaranıb.

Mübahisə zəminində K.Cəfərova bıçağa əl ataraq ərinə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Kəsirə Cəfərova artıq polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, mərhum Vüsal Cəfərov daş karxanasında çalışıb və hadisə baş verən vaxt o, işdən evinə yenicə qayıdıb. (APA)

Reklam