Ceki Çan Xəzər dənizinin sahilində film çəkəcək
Çinli aktyor Ceki Çan və qazaxıstanlı rejissor Robert Kun “Tanrının zirehi” filminin dördüncü hissəsinin çəkilişləri üçün Qazaxıstanın Manqistau bölgəsini seçib.
AZ24.az xəbər verir ki, bu barədə regional administrasiya məlumat yayıb.
“Dünyaca məşhur ulduz Ceki Çan və “Tanrının zirehi: Ultimatum” filminin rejissoru Robert Kun Manqistaunu yeni böyük film layihəsi üçün əsas məkan kimi rəsmi olaraq təsdiqləyib. Səfər zamanı layihə nümayəndələri bölgənin təbii və infrastruktur imkanları ilə tanış olub, onlarla potensial məkanı ziyarət edib və əsas təbii abidələrin ətraflı yoxlanışını aparıblar. Seçim bölgənin özünəməxsus mənzərələri, geniş panoramaları və təbii gözəlliyi səbəbindən edilib”, – məlumatda bildirilib.
Bölgənin ərazisinin böyük hissəsi qəhvəyi torpaqlarda bitmiş kol bitkilərinin olduğu, yovşan-duz səhrasıdır. Manqistau Xəzər dənizi ilə həmsərhəddir.
Ceki Çan sentyabrda gələcək filmi üçün yer seçmək məqsədilə Almatıya səfər etmişdi.
Film Qazaxıstanın “Salem Entertainment” studiyası ilə birgə layihə çərçivəsində istehsal olunur. (teleqraf)
Reklam
Oxşar xəbərlər
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi – VİDEO
Vüqar Əhməd VİDEOAÇIQLAMA YAYDI
“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO
Azərbaycan ilk dəfə Ermənistana xal verdi
“Uşaq Avroviziya 2025”də səsləri onların qızı elan edəcək – FOTO
Bu şəxslərə pul ayrıldı – MƏBLƏĞLƏR
Emin Əmrullayev təltif olundu – FOTOLAR
Mehriban Xanlarova istefa verdi – FOTO