Cəfərinin möcüzəvi FAYDALARI
Təbiət qidaları arasında həm dadı, həm də faydası ilə seçilən bitkilərdən biri də cəfəridir. Yeməklərin bəzəyində, salatlarda və müxtəlif içkilərdə istifadə olunan cəfər yalnız ləzzət qatmaqla qalmır, həm də sağlamlıq üçün çoxsaylı faydalar təqdim edir. Tərkibindəki vitaminlər, minerallar və antioksidant maddələr sayəsində cəfəri orqanizmin müxtəlif funksiyalarını dəstəkləyir, immun sistemini gücləndirir və uzunmüddətli sağlamlığı qorumağa kömək edir.
Cəfəri C, K, A və B vitaminləri baxımından zəngindir. O həmçinin kalium, dəmir və maqnezium kimi minerallar da ehtiva edir. Cəfəridəki flavonoid və karotenoidlər antioksidant təsir göstərir. Bu antioksidantlar sərbəst radikallarla mübarizə apararaq xərçəng və ürək xəstəlikləri riskini azalda bilər.
Cəfəri böyrəklərin fəaliyyətini stimullaşdırır və sidikqovucu təsir göstərir. Bu, orqanizmdəki toksinlərin atılmasına və böyrək daşlarının qarşısının alınmasına kömək edir. Cəfəri ürək-damar sağlamlığını qorumağa kömək edir. İçindəki flavonoidlər və kalium qan təzyiqini tənzimləməyə yardım edir.
Vitamin K və kalsium sümük və diş sağlamlığını dəstəkləyir. Cəfəri mədə və bağırsaq fəaliyyətini yaxşılaşdırır. O, şişkinlik və qaz problemlərini azaltmağa kömək edir. Cəfəri yağların həzmini asanlaşdıra öd axınına dəstək olur.
İçindəki vitamin A və karotenoidlər göz sağlamlığını qoruyur. Cəfəri iltihab əleyhinə təsir göstərir. Bu xüsusiyyət oynaq ağrıları və artrit problemlərinin yüngülləşməsinə kömək edə bilər. Araşdırmalar göstərir ki, cəfəridəki flavonoid və limonen maddələri xərçəng hüceyrələrinin inkişafını ləngidə bilər. Xüsusilə mədə, döş və prostat xərçəngində faydalı təsir göstərir.
Cəfəri qaraciyər üçün çox faydalı bitkidir. O, qaraciyərin toksinləri təmizləməsinə və zəhərli maddələri orqanizmdən uzaqlaşdırmasına kömək edir. Cəfəridəki flavonoidlər və antioksidant maddələr qaraciyər hüceyrələrini sərbəst radikalların yaratdığı zərərlərdən qoruyur.
Müntəzəm olaraq cəfər istehlakı qaraciyərin fəaliyyətini dəstəkləyir, qaraciyər yağlanması və iltihab riskini azalda bilər.
Cəfəri çeynənməsi ağız qoxusunu azaltmağa kömək edir və diş ətlərini möhkəmləndirir. Gündəlik qidalanmaya əlavə edildikdə cəfəri sağlamlıq üçün çoxsaylı faydalar təmin edir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ