Cahid Şahbazovla bağlı QƏRAR VERİLDİ
Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib.
AZ24.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb onların öz aralarında barışıq əldə edilməsi olub.
Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir.
Qeyd edək ki, iyul ayında Humay Əliyevanın “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı