“Bürc Xəlifə”yə ildırım düşdü – ANBAAN VİDEO

“Bürc Xəlifə”yə ildırım düşdü – ANBAAN VİDEO

Dünya 20.12.2025 22:57 10

BƏƏ-nin Dubay şəhərində yerləşən dünyanın ən hündür binası “Bürc Xəlifə”yə ildırım düşüb.

AZ24.az xəbər verir ki, həmin anların anbaan videosu yayımlanıb.

Qeyd edək ki, Dubayda leysan səbəbindən hava limanının işində problem yaranıb və 200-dən çox reys gecikib. Güclü yağış səbəbindən ümumilikdə BƏƏ-nin şəhərlərini su basıb.

Ölkə rəhbərliyi sakinləri evlərini tərk etməməyə, su basmış ərazilərdən uzaq durmağa, eləcə də, səfərlərini təxirə salmağa çağırıb.

Ölkənin Milli Meteorologiya Mərkəzi leysanın və güclü küləyin davam edəcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, “Bürc Xəlifə”nin hündürlüyü 828 metr təşkil edir və 163 mərtəbədən ibarətdir. (qafqazinfo)

Reklam