Burak Özçivit kral elan edildi, 20 milyon aldı – VİDEO

Burak Özçivit kral elan edildi, 20 milyon aldı – VİDEO

Şou 02.12.2025 11:15 9

Televiziya serialları və filmləri ilə geniş bir fan kütləsinə sahib olan Özçivit Rusiyada təşkil olunan tədbirdə böyük maraqla qarşılanıb.

Az24.az xəbər verir ki, Astraxanda keçirilən Türk Serial Musiqisi tədbirində “HansI aktyoru kral olaraq görmək istəyirsiniz?” sualı ilə keçirilən xalq səsverməsinin nəticələri də açıqlanıb.

3 mindən çox insanın iştirak etdiyi səsvermədə Burak Özçivit 2.747 səslə birinci seçilib və səhnədə ona kral tacı təqdim olunub. Həmin anlarda aktyorun “Malkoçoğlu Bali Bey” obrazını canlandırdığı “Muhteşəm Yüzyıl” serialının musiqisi səsləndirilib.

Son illərdə beynəlxalq arenada böyük populyarlıq qazanan Özçivitin bu görüntüləri sosial mediada sürətlə gündəm olub.

Bundan başqa, aktyorun tədbirdən 20 milyon TL qazandığı iddialar arasında yer alır.

Dəniz

Reklam