Bunları etsəniz qaz pulu xərciniz xeyli AZALACAQ
Bu ay qaz pulu sizə də çox gəlib? Qış aylarında bu sual demək olar ki, hər evdə səslənir. Əksər hallarda səbəb düşündüyümüzdən daha sadə olur.
Qaz sərfiyyatının artmasına əsas səbəblərdən biri kombinin düzgün rejimdə işləməməsidir. Xüsusilə köhnə və vaxtında texniki baxışdan keçməyən kombilər daha çox qaz yandırır. Temperaturun normadan yüksək saxlanılması da sərfiyyatı artıran amillər sırasındadır.
Evdə istilik itkisi də qaz pulunun çox gəlməsinə təsir göstərir. Qapı və pəncərələrdən soyuq havanın daxil olması kombinin daha tez-tez işə düşməsinə səbəb olur. Nəticədə qaz sərfiyyatı xeyli artır.
Digər mühüm məqam isə qazla işləyən məişət cihazlarının vəziyyətidir. Köhnə sobalar, su qızdırıcıları və digər avadanlıqlar yeni modellərlə müqayisədə daha çox qaz sərf edir. Bu da ay sonu hesab-fakturada özünü göstərir.
Bəzi hallarda vətəndaşlar qazdan istifadə vərdişlərinə diqqət yetirmirlər. Məsələn, istifadə edilməyən otaqların qızdırılması və ya kombinin gün boyu eyni rejimdə saxlanılması əlavə sərfiyyata səbəb olur.
Qeyd edək ki, qaz pulunun artmasının qarşısını almaq üçün kombinin düzgün ayarlanması, evin istilik izolyasiyasının yaxşılaşdırılması və qazdan qənaətlə istifadə vacib hesab olunur.
Altay
Reklam
Oxşar xəbərlər
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ