Bunları etməsək virus daha geniş miqyasda yayılacaq – XƏBƏRDARLIQ
Pediatr Vaqif Qarayev bildirib ki, bəzi şəxslər guya iddia edir ki, uşaqlar arasında qəsdən xəstəlik yayırlar.
AZ24.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssis virusların qəsdən yayılması ilə bağlı səsləndirilən fikirləri əsassız və elmi əsasdan kənar adlandırıb.
“Ciddisiniz? Hər il payız-qış mövsümündə respirator viruslar baş qaldırmırmı? İndi tutaq ki, kənardan virus gətirmək mümkündür, bəs sovet dövründə bundan da ağır epidemiyalar yaşanıb, onda kim yayırdı bu virusları?” – deyə o bildirib.
V.Qarayev qeyd edib ki, belə əsassız iddialar yaymaq əvəzinə, valideynlər övladlarını qorumağa çalışmalıdır:
“Uşaq xəstədirsə, təcrid edin, gigiyenik qaydalara riayət edin, maskadan istifadə edin. İndi hamı uşaqlarını bayram tədbirlərinə aparacaq və nəticədə virus daha geniş miqyasda yayılacaq. Deməli, virusu özümüz yayırıq”.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq