Bu yazını oxuyandan sonra hər kəs “qızım olsun” istəyəcək
Qız övladı böyütməyin valideynlərin beyin sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı maraqlı elmi nəticə açıqlanıb.
Az24.az xəbər verir ki, Çinin Hohai Universitetinin alimləri tərəfindən aparılan araşdırmada qız uşağı olan valideynlərin yaşlılıq dövründə zehni funksiyalarını daha yaxşı qoruduğu müəyyən edilib.
Tədqiqatın nəticələrinə görə, qız övladı böyütmək valideynlərin beyin aktivliyini uzun müddət yüksək səviyyədə saxlayır və bu da demans, yaddaş zəifləməsi kimi nevroloji problemlərin yaranma riskini azaldır. Alimlər bunu qız övladları ilə valideynlər arasında daha güclü emosional ünsiyyət, davamlı sosial əlaqə və psixoloji stimulla izah edirlər.
Araşdırmada qeyd olunub ki, qız uşaqları valideynləri ilə daha çox ünsiyyətdə olur, onların gündəlik həyatında və emosional durumunda daha fəal rol oynayırlar. Bu amil isə beynin idrak funksiyalarını daim aktiv saxlayaraq yaşlanma prosesini ləngidir.
Mütəxəssislər vurğulayırlar ki, nəticələr valideynlik faktorunun beyin sağlamlığına təsirini bir daha sübut edir və ailədaxili münasibətlərin psixi sağlamlıq üçün nə qədər önəmli olduğunu göstərir. Araşdırma yaşlılıq dövründə zehni sağlamlığın qorunmasında sosial və emosional bağların həlledici rol oynadığını ortaya qoyur.
Dəniz
Reklam
Oxşar xəbərlər
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR
Tünd şokoladın möcüzəsi: Yaşlanmanı yavaşlada bilər
Qrenlandiya haqqında maraqlı məlumatlar
Kitab oxumağa haradan başlayaq? – Yeni başlayanlar üçün tövsiyələr
Venesuela: Ölkə haqqında məlumat və mövcud vəziyyət
İstirahət üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı