Bu uşaqlara aylıq 140 manat verilir
Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 140 manat məbləğində müavinət verilir.
Az24.az xəbər verir ki, müavinət proaktiv qaydada uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
Müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə müavinətin ödənişi dayandırılır.
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək